Yan 31, 2019 15:34 Asia/Baku
  • Trampın Venesuelaya müdaxiləsi davam edir

ABŞ prezidenti Donald Tramp Venesuelanın daxili işlərinə qarışma siyasətinin davamında dünən bu ölkə müxaliflərinin lideri Xuan Quaydo ilə telefon söhbəti edibdir.

Tramp bu telefon söhbətində bir daha Quaydoya dəstəyini vurğulayıb.

İki tərəf bu telefon danışığında öncədən planlaşdırılmış küçə qiyamlarının keçirilməsinin qızğın çağında və qarşıdakı günlərdə bir-birilə təmasları davam etdirməyi vurğulayıb.

Həmçinin Amerika prezidenti özünün twitter səhifəsində bir mesaj yayaraq, Venesuela xalqını bu ölkənin qanuni prezidenti Nikolas Maduroya qarşı qiyama çağırıb.

Belə bir halda, Ameikanın milli təhlükəsizlik müşaviri Con Bolton dünən Venesuelaya qarşı iqtisadi təzyiqlərin artırılması istiqamətində Karakasla ticarət anlaşmaları barədə banklara və şirkətlərə xəbərdarlıq edibdir.

Venesuela müxaliflərinin lideri Xuan Quaydo yanvarın 23-də qanunsuz bir hərəkətdə və Amerika, Avropa və bəzi region ölkələrniin yaşıl işıq göstərmələri ilə özünü Venesuelanın qondarma prezidenti adlandırdı.

Belə bir halda, Venesuela xalqı 2018-ci ildə ümumölkə seçkilərində qətiyyətli səslə Nikolas Maduronu bu ölkənin prezidenti seçdi.

ABŞ-ın, sionist rejimin, eləcə də bəzi Avropa və region ölkələrinin Xuan Quaydonu himyə etmələrinə rəğmən, Rusiya, İran, Çin, Türkiyə, Meksika və digər ölkələr bildiriblər ki, Nikolas Maduronu Venesuelanın prezidenti kimi rəsmən tanıyırlar.

Teqlər