İordaniyalı nümayəndə Əmmanın Təl-Əvivə dağıdıcı cavabını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i333921-İordaniyalı_nümayəndə_Əmmanın_təl_Əvivə_dağıdıcı_cavabını_istəyib
Sionist rejimin İordaniyanın "Əqəbə" limanı yaxınlığında hava limanı inşası qərarının ardınca İordaniya parlamentinin üzvü Əmmanın Təl-Əvivə dağıdıcı cavabını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2019 17:24 Asia/Baku
  • İordaniyalı nümayəndə Əmmanın Təl-Əvivə dağıdıcı cavabını istəyib
    İordaniyalı nümayəndə Əmmanın Təl-Əvivə dağıdıcı cavabını istəyib

Sionist rejimin İordaniyanın "Əqəbə" limanı yaxınlığında hava limanı inşası qərarının ardınca İordaniya parlamentinin üzvü Əmmanın Təl-Əvivə dağıdıcı cavabını istəyib.

İordaniya parlamentinin üzvü Səbah əl-Şəar həmçinin İordaniya dövlətindən istəyibdir ki, sionist rejimin "Təmənna" hava limanının inşasına cavab olaraq, əl-Əğvarda oxşar bir hava limanı inşa etsin.

İordaniya parlamentinin üzvü əlavə edib: Əl-Əğvarda bu aeroportun tikilməsi həmin məntəqədə investisiyaya zəmin yaradacaq.

Bundan öncə İordaniyanın xarici işlər nazirliyi İordaniyanın işğal olunmuş Fələstin əraziləri ilə sərhədində sionist "İlat" hava limanının tikilməsinə etiraz etmişdi.