Polşa hökuməti bir daha sionist rejimin səfirinə nota verib
Polşa dövləti ikinci dəfə olara sionist rejim səfirinə nota verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Polşa hökuməti bu gün bir daha sionist rejimin Varşavadakı səfiri Anna Azarini bu rejimin xarici işlər naziri İsrail Katsın Polşanın xolokostdakı rolu barədəki bəyanatına etiraz əlaməti olaraq çağırtdırıb.
Sionist rejimin yeni xarici işlər naziri sionist rejim ordusu radiosuna verdiyi açıqlamada bildirmişdi ki, polşalıların çoxu nasistlərlə əməkdaşlıq etdilər və yəhudilərin məhv edilməsində rol oynadılar.
Sionist rejimin Varşavadakı səfiri öncə də sionist rejimin baş naziri Benyamin Netanyahunun oxşar bəyanatlarına etiraz əlaməti olaraq Polşa XİN-ə çağırılmışdı.
Netanyahu ötən həftə cümə axşamı günü Varşava iclasının sonunda Polşa dövləti və xalqı qarşısında bu ölkənin yəhudilərə qarşı soyqırımında nasistlərin əlbiri təqdim etmişdi.
Polşanın baş naziri Mateoş Muravye Teski də Netanyahunun bu təşəbbüsünə reaksiya əlaməti olaraq dünən işğal olunmuş Fələstinə səfərini ləğv edib.
Təhlilçilər və mediyalara görə, sionist rejim başçılarının bu kimi sözləri Varşava iclasının nakam qalmasına növbəti dəlildir. Onlar bildiriblər ki, Netanyahu Varşava iclasına ev sahibliyi edən ölkənin belə hörmətini saxlamadı.