Avropa Komissiyasının sədri Trampı hədələyib
Avropa Komissiyasının sədri deyib: Tramp dövlətinin Avropa Birliyindən avtomobil idxalatı üçün tarif təyin edəcəyi təqdirdə bu birlik Amerikadan soya və maye qaz idxalatını kəsəcəkdir.
Jan Klod Yunker Almaniyada çıxan "Ştutqarter Saytunq" nəşri ilə müsahibədə ABŞ prezidentinin Avropa Birliyindən avtomobil idxalatı üçün tarif təyin edəcəyi bərədəki təhdidi ilə bağlı belə deyib: Vaşinqton tərəfindən belə bir addım atılarsa, Avropa Birliyi də təcili bir reaksiyada Amerikadan soya və maye qaz alqısını dayandıracaqdır.
Avropa Birliyi Amerika soyasının ən böyük idxalatçılarından biridir.
Bundan qabaq da Almaniya dövlətinin sözçüsü demişdi ki, Tramp dövlətinin Avropa avtomobillərinə tarif təyin edəcəyi təqdirdə Avropa Birliyi ölkələri də amerikan avtomobillərin idxalatı üçün tarifin yaradılması barədə müştərək reaksiya verəcəklər.
Tramp dövləti ötən il polad və alüminium idxalatına ağır tariflər tətbiq edərək, beynəlxalq ticarətdə iğtişaş yaratdı ki, bir çoxları onu ticarət savaşı kimi təbir etdi.