Banqladeşdə yanğın: 50-dən çox insan həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i335193-banqladeşdə_yanğın_50_dən_çox_insan_həlak_olub
Banqladeşin paytaxtındakı izdihamlı və qədim bir məntəqədə yanğın nəticəsində 50-dən çox insan həlak olub, onlarla nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2019 05:50 Asia/Baku
  • Banqladeşdə yanğın: 50-dən çox insan həlak olub

Banqladeşin paytaxtındakı izdihamlı və qədim bir məntəqədə yanğın nəticəsində 50-dən çox insan həlak olub, onlarla nəfər də yaralanıbdır.

Banqladeşin yardım qüvvələri bu gün səhər tezdən bu ölkənin paytaxtı Dəkkənin qədim sektorunda böyük bir yanğının baş verməsindən xəbər veriblər.

Onlar bildiriblər ki, yanğın məkanından indiyədək azı 53 cənazə çıxarıblar və yanğının miqyasının genişliyinə və məntəqənin izdihamlı olmasına görə, tələfatın sayının artması ehtimalı var. Bu hadisədə azı 46 nəfər də yaralanıbdır.

Yerli rəsmilər deyirlər ki, yanğın, bir beşmərtəbəli binanın mərtəbələrindən birində yerləşən kimyəvi maddələr anbarındakı partlayışdan sonra baş veribdir.