Fev 26, 2019 12:39 Asia/Baku
  • İspaniya Venesuelaya qarşı hərbi addıma reaksiya verib
    İspaniya Venesuelaya qarşı hərbi addıma reaksiya verib

İspaniyanın xarici işlər naziri Venesuela məsələləri barədə demokratik həll yoluna dəstək verərək, bu ölkəyə qarşı hər cür hərbi addımı təhlükəli adlandırıb və bunun regionda gərginliyin kəskinləşməsinə səbəb olacağını bildirib.

Ərəb və Avropa Birliyi başçılarının sammitində iştirak üçün Misirin Şərmulşeyx şəhərinə getmiş Jozep Borrel Venesuela dövləti müxaliflərinin başçısı Xuan Quaydonun rəsmi Karakasa qarşı bütün seçimlərdən istifadəyə dair dəstəyi və təkidinə reaksiyada deyib ki, İspaniya Venesuelaya qarşı hər cür hərbi addımı kəskin tərzdə pisləyir.

İspaniyanın xarici işlər naziri əlavə edib: Venesueladakı mövcud böhrandan çıxış üçün mümkün olan yeganə yol, toqquşan tərəflər arasında razılaşdırılmış demokratik seçim və prezident seçkilərinin keçirilməsidir.

Jozep Borrel deyib: İspaniya Venesuela məsələləri barədə müştərək mövqenin tutulması üçün Avropa Birliyində rəhbər rol oynayır. Belə bir halda, Avropa Birliyinin təmas qrupunun bir nümayəndə heyəti hazırda Karakasdadır.

Teqlər