Fev 28, 2019 20:54 Asia/Baku
  • İsveçdə şəhər girəcəyində hicablı qadın təsviri
    İsveçdə şəhər girəcəyində hicablı qadın təsviri

İsveç şəhərlərindən birinin girəcəyindəki hicablı müsəlman qadının böyük bir şəkli əhalinin geniş rəğbətilə üzləşib.

Yevle şəhərinin meri bu şəhərin girəcəyindəki "Xoş gəlmişsiniz!" tablosunun üzərinə hicablı müsəlman qadının şəklini nümayiş etdiribdir ki, bu hərəkət əhalinin geniş rəğbətilə üzləşibdir.

Rəqəmsal "Yevleyə xoş gəlmişsiniz!" tablosu bu şəhər sakini olan müsəlman qadın Suzan Hindinin şəklini göstərir.

75 min nəfərlik Yevle şəhəri İsveçin paytaxtı Stokholmdan şimalda yerləşir.

Yevle şəhəri merinin bu hərəkəti əhalinin rəğbətinə rəğmən, sağçı ekstremist qrupların etirazları ilə üzləşibdir.

İsveç qanunlarına əsasən, bu ölkədə islami örtük üçün heç bir qadağanın olmamasına rəğmən, bəzi sahibkarlar öz işçilərinə iş yerində islami örtüyə malik olmağı qadağan edirlər.

 

Teqlər