Nümayəndələr Palatası Müllerin hesabatının ictimailəşdirilməsini istədi
https://azeri.sahartv.ir/news/dünya-i336489-nümayəndələr_palatası_müllerin_hesabatının_ictimailəşdirilməsini_istədi
ABŞ-ın Nümayəndələr Palatasının 6 komitəsinin başçıları bir qətnamə qəbul edərək, Trampın seçki qərargahı ilə Rusiya arasında sövdələşmənin olmasına dair araşdırmalar aparan inspektor Robert Müllerin hesabatının ictimailəşdirilməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2019 08:55 Asia/Baku
  • Nümayəndələr Palatası Müllerin hesabatının ictimailəşdirilməsini istədi
    Nümayəndələr Palatası Müllerin hesabatının ictimailəşdirilməsini istədi

ABŞ-ın Nümayəndələr Palatasının 6 komitəsinin başçıları bir qətnamə qəbul edərək, Trampın seçki qərargahı ilə Rusiya arasında sövdələşmənin olmasına dair araşdırmalar aparan inspektor Robert Müllerin hesabatının ictimailəşdirilməsini istəyiblər.

İRNA-nın məlumatına görə, ABŞ-ın Nümayəndələr Məclisinin demokrat üzvləri bu qətnamədə Robert Müllerini araşdırmalarının nəticəsinin, təkmilləşdikdən sonra, ictimailəşdirilməsini istəyiblər. 

Tramp Rusiyanın 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsini rədd edir. 

Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi məsələsi bir çox qalmaqala səbəb olub. 

Moskva dəfələrlə Amerikada prezident seçkilərinə hansısa müdaxilə etməsini rədd edib.