Bir xəstəxanada 11 körpənin ölümü Tunisin səhiyyə nazirini istefaya göndərib
Tunisin səhiyyə naziri Abdulrauf Əlşərif dünən bu ölkədəki bir xəstəxanada 11 körpənin ölümündən sonra istefa verib.
On bir körpə cümə axşamı və cümə günləri Tunisin Əlrabitə xəstəxanasında həyatını itirib.
Tunisin xəstəxana rəsmiləri bildiriblər ki, böyük ehtimala qarşı, bu körpələr qanlarındakı infeksiya üzündən həyatlarını itiriblər.
Tunisin baş naziri Yusif Əlşahid dünən gecə Əlrabitə xəstəxanasına baş çəkdikdən sonra bildirib ki, Abdulrauf Əlşərifin istefasını qəbul edibdir.
Əlşahid həmçinin bildirib ki, Tunisin səhiyyə nazirliyinə bu körpələrin ölümü barədə təcili təhqiqata başlanılması haqda göstəriş veribdir.
Tunisin məhkəmə aparatı da bildiribdir ki, bu ölkənin baş prokurorluğu Əlrabitə xəstəxanasındakı körpələrin ölümünə dair məhkəmə işinin cərəyana düşməsinə icazə veribdir.