Şimali Koreya rəhbərinin qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs sərbəst buraxıldı
https://azeri.sahartv.ir/news/dünya-i336659-Şimali_koreya_rəhbərinin_qardaşını_qətlə_yetirməkdə_şübhəli_bilinən_şəxs_sərbəst_buraxıldı
Malayziya məhkəməsi 2017-ci ildə Şimali Koreya rəhbərinin ögəy qardaşını qətlə yetirməkdə ittiham və həbs edilən indoneziyalı qadının azadlığa buraxılmasına dair qərar çıxartdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2019 10:49 Asia/Baku
  • Şimali Koreya rəhbərinin qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs sərbəst buraxıldı

Malayziya məhkəməsi 2017-ci ildə Şimali Koreya rəhbərinin ögəy qardaşını qətlə yetirməkdə ittiham və həbs edilən indoneziyalı qadının azadlığa buraxılmasına dair qərar çıxartdı.

Röyters-in məlumatına görə, Malayziya məhkəməsi bu gün bazar ertəsi Şimali Koreya rəhbərinin ögəy qardaşı Kim Cunq Namı qətlə yetirməkdə ittiham edilən Siti Asiye əlehinə irəli sürülən ittihamları ləğv etdi.

Kim Cunq Namın qətlində şübhəli bilinən digər müttəhim qadın Du An Tu Hunqun vəziyyətinə isə hələ ki, aydınlıq gətirilməyib.

Malayziya məhkəməsi Siti Asiyeni azad etsə də, ona bəraətin verilməsinə dair vəkili tərəfindən irəli sürülən istəyi rədd edib. Belə ki, yeni bir şahid tapılarsa Siti Asiye yenidən məhkəməyə çağırıla bilər.