Mart 23, 2019 14:41 Asia/Baku
  • İordaniyalılar sionist rejimlə qaz müqaviləsinin ləğvini istəyiblər

İordaniyanın paytaxtı Əmmanın sakinləri sionist rejimdən qazın satın alınmasına qarşı çıxaraq, aksiya keçiriblər.

İordaniya vətəndaşları dünən cümə namazından sonra Əmman şəhərinin Əl-Husəyni məscidinin qarşısında işğal olunmuş Fəlsətindən qazın idxal edilməsilə müxalifət edərək, aksiya keçiriblər.

Aksiyaçılar sionist rejimlə qaz müqaviləsini pisləyən şüarlar veriblər. Onlar bu müqavilənin ləğv edilməsini istəyiblər.

İordaniya hökuməti son zamanlar təbii qaz idxalatı barədə sionist rejimlə müqavilə imzalayıbdır. Bu müqaviləyə əsasən, Əmman on beş il ərzində işğal olunmuş Fəlsətindən təqribən 45 milyard kubmetr təbii qaz idxal edəcək.

İordaniya xalqı bu ölkənin sionist rejimlə əlaqələri ilə müxalifdir və indiyədək dəfələrlə aksiya keçirərək, ölkəsinin sionist rejimlə əlaqələrinin tam şəkildə kəsilməsini istəyibdir.

İordaniya parlamentinin üzvləri də 2018-ci il avqustun 25-də İordaniyanın sionist rejimlə 1994-cü il sazişinə son qoyaraq, bu rejimlə əlaqələrini yenidən nəzərdən keçirməsini istəmişdilər.

 

 

Teqlər