Mart 23, 2019 18:09 Asia/Baku
  • Amerikalı polisin qaradərili gəncin qətlindən bəraət almasına etiraz edilib

Amerikada ağdərili bir polis zabiti tərəfindən qətlə yetirilmiş qaradərili gəncin ailəsinin himayədarları bu zabitin qətl ittihamından bəraət qazanmasına etiraz olaraq, məhkəmə qarşısında piket keçiriblər.

Amerikanın Pensilvaniya ştatının Pitsburq məntəqəsi məhkəməsinin münsiflər heyəti dünən silahsız olan Antuan Roz adlı qaradərili gəncə arxadan atəş açan sabiq ağdərili zabitə bəraət qazandırıb. Bu hökm onun himayədarları, dostları, həmçinin ailəsinin etirazına bais olubdur.

Pitsburqun sabiq polis zabiti Maykl Rusfeld 2018-ci ilin iyununda qaçmaqda olan 17 yaşlı qaradərili silahsız gənc Antuan Roza atəş açaraq, onu öldürdü.

Teqlər