İngiltərə parlamentinin üzvləri Trampın Qolanın işğalına dəstək verməsilə mübarizə planı hazırlayıblar
Mart 26, 2019 18:54 Asia/Baku
İngiltərə parlamentinin bir qrup üzvü Trampın sionist rejimin Qolana hakimiyyətini tanıması ilə müxalifətdə İngiltərə dövlətindən istəyibdir ki, Amerikanın bu hərəkəti qarşısında dayansın.
Bu parlament üzvləri bir layihə təqdim ediblər. Onlar bu layihədə sionist rejimin əlində olan Qolan yüksəkliklərinin qəsb edilmiş olmasına dair beynəlxalq mövqeyi himayə edərək, İngiltərə dövlətindən istəyiblər ki, Tramp dövlətinin sionist rejimin bu məntəqəyə hakmiyyətinin rəsmən tanınmasına dair hərəkətilə müxalifət etsin.
İndiyədək parlament üzvlərindən 17 nəfər bu layihəni imzalayıb.
Bu parlament üzvləri sionist rejimin işğal olunmuş ərazilərdən, o cümlədən Qolan yüksəkliklərindən çıxması vacibliyini vurğulayıblar.