Mart 27, 2019 21:26 Asia/Baku
  • Yeni Zelandiyada son terror aktını törədən şəxs  Avstriyada ifratçı sağçılarla əlaqədə imiş

Avstriya kansleri Yeni Zelandiyada son terror aktını törədən şəxs ilə Avstriyada ifratçı sağçı nasionalist cərəyan arasında maliyyə əlaqəsinin olduğunu təsdiqləyib.

Röytersin verdiyi məlumata görə, Avstriya kansleri Sebastian Kurz bu gün deyib: Şüarı Avropa kimliyini qoruyub-saxlamaq olan Avstriya nasionalistlər hərəkatının rəhbəri Martin Sellner "Yotube"-da bir video yayaraq deyib ki, 2018-ci ilin əvvəllərində Nyu Zelandiyada bir məscidə qarşı terror aktı törətmiş adamın adını daşıyan bir kişidən min 690 avro maliyyə yardımı alıbdır.

Sebastian Kurz bu barədə deyib: Avstriyanın polis əməkdaşları Martin Sellnerin Yeni Zelandiyada terror aktı törədən şəxs ilə ehtimal olunan əlaqəsini araşdırmaq üçün onun evində axtarış aparıblar.

Sellner sözü gedən video da deyir: Terror təşkilatının üzvü deyiləm amma Yeni Zelandiyada terror aktı törədən adamın adını daşıyan birisindən maliyyə yardım almışam.

Kurz Avstriya dövlətinin bu ölkədəki nasionalist cərəyanı buraxmaq niyyətində olduğunu bildirərək deyib: İfratçılığın heç bir formasının Avstriya cəmiyyətində yeri yoxdur.

 

15 martda Yeni Zelandiyanın Kraist Çorç şəhərində iki məscidə qarşı terror hücumunda 52 müsəlman həlak oldu, onlarla adam yaralandı.

Bu cinayəti törədən şəxs rasist və islamofob düşüncələrə malik olub və bu düşüncə istiqamətində ABŞ prezidenti Donald Trampa valeh olduğunu bildirib.

Teqlər