Amerika heç vaxt anti-rus sanksiyaları ləğv etməyəcək
Rusiyanın baş naziri deyib: Amerikanın siyasəti Rusiyaya qarşı sonsuz sanksiyaların tətbiqinə söykənib. Buna görə, Vaşinqton heç vaxt anti-rus sanksiyaları ləğv etməyəcək.
Rusiyanın baş naziri Dmitri Medvedev "VKontakte" rus sosial şəbəkəsində Amerikanın Rusiya əleyhinə sanksiyalarının başa çatması zamanı barədəki sualın cavabında deyib: Amerikanın anti-rus sanksiyalarında heç vaxt fasilə yaranmayıb və Moskva daim Vaşinqtonun sanksiyaları ilə üzləşibdir.
Medvedev əlavə edib: Sanksiyalar mütləq şəkildə Rusiya-ABŞ beynəlxalq əməkdaşlıqlarına xələl gətirir.
Bu məlumata görə, Amerikanın Rusiyaya qarşı sanksiyalarının sayı 66 paketi də ötüb keçibdir. Onun sonuncu halı martın 15-də tətbiq edilibdir.
Amerikanın xəzinədarlıq nazirliyi Ukrayna böhranında rol oynamaq ittihamı ilə altı rus şəxsi və səkkiz rus orqanı sanksiya edib.
ABŞ-Rusiya əlaqələri Vaşinqtonun birtərəfli siyasətləri və Rusiya əleyhinə sanksiyalar tətbiq etməsilə gərginliklə üzləşibdir.