B. Sanders Trampın amerikalıların müalicə sığortası üçün maneələr törətməsini tənqid edib
Müstəqil amerikalı senator deyib ki, ABŞ prezidentinin hərəkətləri ilə otuz milyondan çox amerikalı öz müalicə sığortasını itirəcəkdir.
Senator Berni Sanders CBS telekanalı ilə müsahibədə deyib: Amerika prezidenti Donald Trampın tədbirləri ilə 32 milyon amerikalı müalicə sığortasından məhrum olacaq, zira Tramp yaşları 26 və ya ondan aşağı olan şəxslərin sığortasını ləğv etmək istəyir.
Vermont ştatından və 2020-ci il Amerika prezident seçkilərində demokrat partiyasının daxili rəqabətlərinin namizədi olan senator Sanders əlavə edib: Əgər Tramp bununla bağlı öz məqsədinə çatarsa, amerikalılar üçün müalicə sığortasının xərci artacaqdır və xalqın böyük bir hissəsi sözün əsl mənasında, onun xərcini ödəmək qüdrətinə malik deyildir.
Deyilənlərə görə, Tramp hökuməti hərbi büdcənin artırılmasını təmin etmək üçün fəhlə ailələrini himayə büdcəsini bir trilyon dollardan çox azaltmaq niyyətindədir.