Amerika və Avropa- Yaxın Şərqdə qan axıdılmasının amilləri
https://azeri.sahartv.ir/news/dünya-i338379-amerika_və_avropa_yaxın_Şərqdə_qan_axıdılmasının_amilləri
Roma papası: Amerika və Avropa silah satışlarına görə, Yaxın Şərq regionunda qan axıdılmasının amilləridirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2019 04:09 Asia/Baku
  • Amerika və Avropa- Yaxın Şərqdə qan axıdılmasının amilləri
    Amerika və Avropa- Yaxın Şərqdə qan axıdılmasının amilləri

Roma papası: Amerika və Avropa silah satışlarına görə, Yaxın Şərq regionunda qan axıdılmasının amilləridirlər.

Dünya katoliklərinin rəhbəri Papa Fransis deyib ki, Amerika və Avropa böhranlı məntəqələrə silah satdıqlarına görə, Yaxın Şərq regionunda qan axıdılmasının əsas amilləridirlər.

O, deyib: Nə üçün biz bir belə müharibə ilə üzləşirik? Misal üçün, Yəmən, Əfqanıstan və Suriya müharibə ilə üzləşən ölkələrdirlər. Nə üçün bu ölkələrdə müharibənin şahidiyik?

Səbəb budur ki, varlı Avropa ölkələri və Amerika silah satırlar və bu silahlar uşaqların və insanların qırğın edilmələri üçün istifadə edilir. Biz bu sahədə dəyişiklik yaratmalıyıq. Bu məsələ nigarançılıq olmadan, açıq şəkildə Avropa ölkələrinə və Amerikaya deyilməlidir.

Dünya katoliklərinin rəhbəri Papa Fransis həmçinin gənc nəsildən istəyibdir ki, Qərb ölkələrini bu kimi hərəkətlərə və silah satdıqlarına görə, cavabdeh olmağa məcbur etsin.