Apr 11, 2019 19:03 Asia/Baku
  • Sudan və Əlbəşirin otuzillik hakimiyyətinə son
    Sudan və Əlbəşirin otuzillik hakimiyyətinə son

Sudan ordusu Ömər Əlbəşiri prezidentlikdən uzaqlaşdırdıqdan sonra bir bəyanatda hərbi şuranın idarəçiliyi ilə ikiillik keçid dövrünün başlanmasından xəbər verib.

Sudan ordusu bu gün səhər Ömər Əlbəşirin prezidentlikdən uzaqlaşdırılmasından və bu ölkənin nazirlər kabinetinin buraxılmasından sonra bir bəyanat yayıb.

Sudanın müdafiə naziri Əvəd bin Aufun qiraət etdiyi bu bəyanatda deyilir: Ölkədəki çoxlu sayda böhran və xalqın məişət ehtiyacları Əlbəşir hökumətini ayıltmadı və o, yalnız yalan vədlər verməklə kifayətləndi.

Bəyanat sonra Ömər Əlbəşirin həbs olunması və təhlükəsiz bir məkanda saxlanılmasından, həmçinin ikiillik bir keçid dövrünün başlanmasından xəbər veribdir. Sudan ordusu bu bəyanatda həmçinin ölkədə üç ay müddətinə fövqəladə vəziyyətin tətbiq edilməsindən xəbər veribdir.

Xortum əhalisindən minlərlə nəfər Sudan ordusunun baş qərargahı qarşısında piket keçirərək, bu ölkədə qüdrətin mülki hökumətə tapşırılmasını istəyibdir.

Teqlər