Apr 13, 2019 09:45 Asia/Baku
  • Sudanın müvəqqəti hərbi şurasının sədri istefa verdi
    Sudanın müvəqqəti hərbi şurasının sədri istefa verdi

Sudanın müdafiə naziri və müvəqqəti hərbi şurasının sədri Əvəz bin Əvf cümə günü bir bəyanat yayaraq, öz vəzifəsindən istefa verib.

İRNA-nın məlumatına görə, Əvəz bin Əvf bu bəyanatda Sudan ordusu baş qərargah rəisi Kamal Əbdülmərufun da istefa verdiyini açıqlayıb. Kamal Əbdülməruf müvəqqəti hərbi şurada Əvəz bin Əvfin müavini idi. 

Əvəz bin Əvf bildirib: Sudanın silahlı qüvvələri ölkənin təhlükəsizlik strukturunu qorumaq niyyətindədirlər.

Əvəz bin Əvfin istefa verməsinin ardınca Sudan ordusunun baş yoxlama idarəsinin sədri Əbdülfəttah Bürhan müvəqqəti hərbi şuranın yeni sədri olub. 

Sudan ordusu cümə axşamı prezident Ömər Əlbəşirin hakimiyyətdən kənarlaşdırıldığını elan edərək, ölkənin silahlı qüvvələr tərəfindən təşkil edilmiş müvəqqəti hərbi şura tərəfindən idarə olunacağını açıqlayıb. 

Ömər Əlbəşir 1989-cu ildə o zamankı baş nazir Sadiq Əl-Mehdiyə qarşı dövlət çevrilişi həyata keçirərək, iqtidara gəlmişdi. 

Sudanda hərbçilərin dövlət çevrilişi ötən aylarda bu ölkə xalqının Ömər Əlbəşirə qarşı etirazlarının artmasının ardınca həyata keçirilib. Xalq və müxalifət ordunun hərbi çevrilişi ilə barışmadığını və öz siyasi mübarizələrini davam etdirəcəyini bildirir. 

Teqlər