Apr 24, 2019 16:58 Asia/Baku
  • Sudan hərbi şurasının vədi
    Sudan hərbi şurasının vədi

Sudan hərbi keçid şurasının sədri deyir ki, bu şura hakimiyyəti tez bir zamanda təhvil verəcək.

Əbdulfəttah Əlburhan ərəbcə Skay-Nyus xəbər kanalı ilə müsahibədə deyib: Sudan hərbi keçid şurası xalqın dəyişiklik üzrə xahişinə cavab verir və "Layiqli milli hökumət"in təşkilini hazırkı vəziyyətdən yeganə çıxış yolu hesab edir.

Əlburhan əlavə edib: Əgər lazım gələrsə, elə bu gün gedəcək və təşkil etdiyimiz bütün komitələri buraxracağıq.

Sudan hərbi keçid şurasının sədri etiraf edib ki, bu ölkə xalqının istəyi, mümkün olan ən yaxın zamanda hakimiyyətin ötürülməsidir.

Əlburhan hərbi şuranın müxtəlif qruplarla məşvərətindən danışıb və ümidvarlıq edibdir ki, bu şura "azadlıq və dəyişiklik" adlı koalisiya ilə razılığa çatacaq.

Sudan hərbi keçid şurası on bir aprel çevrilişinin və prezident Ömər Əlbəşirin kənarlaşmasının ardınca təşkil olundu və hakimiyyətin ötürülməsi üçün azı ikiillik bir zaman müddəti elan etdi.

Bundan öncə Sudanda hakimiyyətin ötürülməsi üçün iki həftə möhət vermiş Afrika Birliyi dünən Qahirə iclasında bu ölkədə keçid dövlətinin təşkii üçün üçaylıq zamanın verilməsilə razılaşıb.

Bununla belə, xalqın müxtəlif təbəqələri dünən gecə də paytaxt Xortumda silahlı qüvvələrin qərargahı qarşısında piket keçirərək, bu ölkədə mülki dövlətin real təşkilinədək öz etiraz hərəkətlərinin davam edəcəyinə təkid ediblər.

 

Teqlər