Əcnəbi qırıcılar Liviyanın paytaxtı Tripolinin bombalanması amilidirlər
Liviya milli birlik hökumətinin daxili işlər naziri deyib ki, əcnəbi qırıcılar Liviyanın paytaxtı Tripolinin bombalanmasında iştirak ediblər.
Liviya milli birlik hökumətinin daxili işlər naziri Fəthi Başağa deyib: Əcnəbi təyyarələrin Tripolinin bombalanmasında iştirak etmələri barədə sənədlərə malikik və paytaxta qarşı son hava hücumunun diqqəti göstərir ki, təyyarələr iki ərəb ölkəsinə aid olubdur.
Fəthi Başağa əlavə edib: Liviya mili ordusu adlandırılan dəstənin komandanı Xəlifə Həftərin qüvvələrinin Tripoliyə hücumu terror qruplarının yenidən fəallaşmalarına bais olubdur.
Liviya milli birlik hökumətinin daxili işlər naziri deyib: Dünya ictimaiyyətinin Tripoliyə qarşı hava hücumları qarşısında biabırçı sükutunun şahidiyik. O, əlavə edib: Fransa hökumətindən istəyirik ki, ölkəsinin iddiasında olduğu dəyərlərə sadiq olsun və Xəlifə Həftərlə anlaşmadan çəkinsin.
Bəzi böyük Qərb qüdrətləri, ərəb ölkələri, həmçinin BMT öz sükutları ilə Xəlifə Həftər qüvvələrinin Tripoliyə hücumuna dəstək veriblər.
Həftər Liviya olaylarında iştirakından bəri “şər üçbucağı” adlanan misir, ərəbistan və əmirliklərin dəstəyinə malik olubdur.
Liviyanın şərqində yerləşən bu ölkə ordusu aprelin dördündən bəri Liviya milli birlik hökumətinin Tripolidə yerləşən məkanına hücum edibdir.
Bu hücumda indiyədək təqribən 270 nəfər ölüb, 1300 nəfər yaralanıb, 35 min nəfər də didərgin düşübdür.