Afrika Birliyi Sudana 60 günlük möhlət verdi
Afrika Birliyinin sülh və təhlükəsizlik şurası bu şuranın Sudanın Hərbi Keçid Şurasına hakimiyyəti sivillərə ötürməsi üçün 60 gün möhlət verməsindən xəbər verib.
Əl-Cəzirə kanalının bildirdiyinə görə, Afrika Birliyinin sülh və təhlükəsizlik şurası Sudanda iqtidarın sivillərə ötürülməsi üçün Hərbi Keçid Şurasına 60 gün möhlət verib. Afrika Şurası bundan öncə Sudanın Hərbi Keçid Şurasına hakimiyyəti sivillərə ötürülməsi üçün 15 gün möhlət vermişdi.
Afrika Şurası Sudanın Hərbi Keçid Şurasına hakimiyyəti təyin olunmuş müddət ərzində sivillərə ötürməyəcəyi təqdirdə, bu ölkənin Afrika Şurasındakı üzvlüyünün dondurulacağı barədə xəbərdarlıq edib.
Afrika Birliyinin sülh və təhlükəsizlik şurası bu birliyin ən önəmli qrumlarından sayılır və Afrika Qitəsində sülh və təhlükəsizliyin bərqərar edilməsi məsuliyyətinə malikdir.
Sudanın Hərbi Keçid Şurası 11 aprel çevrilişində prezident Ömər Əlbəşirin hakimiyyətdən kənarlaşdırılması ilə iqtidarı ələ keçirdi.
Bu şura hakimiyyətin 2 ildən sonra sivillərə ötürülməsini planlaşdırır.
Sudan xalqı və siyasi qrupları ötən günlərdə paytaxt Xartumda silahlı qüvvələrin baş qərargahı önündə aksiya keçirərək, hakimiyyətin dərhal sivillərə ötürülməsini istəyib.