Asiyanın iqtisadi qüdrətləri ABŞ-ın birtərəfli siyasətlərinə qarşı çıxdılar
Çin, Yaponiya və Cənubi Koreya Asiyanin iqtisadi qüdrətləri olaraq ABŞ-ın ticarət sahəsindəki birtərəfli siyasətləri ilə müxalifət etdilər.
Yaponiya televiziyasının bildirdiyinə görə, Çin, Yaponiya və Cənubi Koreyanın bank rəisləri və iqtisadi rəsmilərinin Yaponiyanın Fici şəhərində keçirilən iclasının sonunda qəbul edilən bəyanatda birtərəfli siyasətlər ilə mübarizəyə, bir neçə qütblü dünyanın qorunmasına, ticarət bazarlarının yaxşılaşdırılmasına və regional inteqrasiyanın gücləndirilməsinə təkid ediblər.
Çin, Yaponiya və Cənubi Koreyanın yüksək səviyyəli iqtisadi rəsmiləri bu bəyanatda bildiriblər: Çin, Yaponiya və Cənubi Koreya birtərəfli və bir neçə qütblülük məsələsində ətraflı formada fikir mübadiləsi apararaq, çox qütblü dünya üçün təhlükənin yaranmasına icazə verməyəcəklərinə təkid etdilər.
Bu bəyanata əsasən Çin, Yaponiya və Cənubi Koreyanın mərkəzi banklarının rəisləri və maliyyə nazirlərinin növbəti iclası 2020-ci ildə Cənubi Koreyada, İnçeonda keçiriləcək.
Çin, Yaponiya və Cənubi Koreyanın bu günkü iclası Asiyanın cənub-şərq ölkələri birliyi ASEAN-ın iclası kənarında baş tutub.