Pelosi: Trampın ədliyyə naziri yalançı və canidir
https://azeri.sahartv.ir/news/dünya-i339810-pelosi_trampın_ədliyyə_naziri_yalançı_və_canidir
ABŞ konqresinin nümayəndələr palatasının sədri Tramp hökumətinin ədliyyə nazirini onda ittihamlandırıb ki, 2016-cı il seçkiləri barədə həqiqəti konqresə deməyib və yalançılıq günahı işləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2019 07:02 Asia/Baku
  • Pelosi: Trampın ədliyyə naziri yalançı və canidir

ABŞ konqresinin nümayəndələr palatasının sədri Tramp hökumətinin ədliyyə nazirini onda ittihamlandırıb ki, 2016-cı il seçkiləri barədə həqiqəti konqresə deməyib və yalançılıq günahı işləyibdir.

Nensi Pelosi dünən öz həfətlik mətbuat konfransında deyib: Amerikanın ədliyyə naziri və baş prokuroru Uilyam Bar çərşənbə günü ABŞ senatının məhkəmə komitəsində olaraq, demokrat senatorların 2016-cı il seçkiləri işi üzrə xüsusi müstəntiq Robert Müllerin hesabatına əl gəzdirmək barədəki hücumları ilə üzləşib.

Pelosi deyib ki, onun nöqteyi-nəzərincə, Uilyam Bar cinayətkardır, amma o, Tramp hökumətinin bu nazirini hansı talenin gözlədiyinə aydınlıq gətirməyibdir.

Demokratlar Uilyam Barı onda ittihamlandırıblar ki, o, 2016-cı il prezident seçkilərindəki pozuntular işində Amerika prezidenti Donald Trampı qorumağa çalışıbdır.