ABŞ İordan çayının qərb sahilini də sionist rejimə ilhaq etməyi gündəmə gətirib
https://azeri.sahartv.ir/news/dünya-i339815-abŞ_İordan_çayının_qərb_sahilini_də_sionist_rejimə_ilhaq_etməyi_gündəmə_gətirib
ABŞ prezidentinin kürəkəni və müşaviri deyib: Vaşinqton İordan çayının qərb sahilindəki qəsəbələrin Netanyahunun yeni nazirlər kabinetinin təşkil olunmasından sorna İsrailə ilhaq edilməsini araşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2019 11:08 Asia/Baku
  • ABŞ İordan çayının qərb sahilini də sionist rejimə ilhaq etməyi gündəmə gətirib

ABŞ prezidentinin kürəkəni və müşaviri deyib: Vaşinqton İordan çayının qərb sahilindəki qəsəbələrin Netanyahunun yeni nazirlər kabinetinin təşkil olunmasından sorna İsrailə ilhaq edilməsini araşdırır.

Fələstin mediyalarının bildirdiklərinə görə, Cared Kuşner "əsrin anlaşması" adlı amerikan planın mahiyyətinə toxunaraq deyib: Qüdsün İsrailin paytaxtı olması, İordan çayının qərb sahilindəki qəsəbələrin İsrailə ilhaq edilməsi əsrin anlaşması əsasında hərhansı yekun razılaşmanın tərkib hissəsi olacaq.

İki ildir anti-Fələstin planın hazırlanması ilə məşğul olan Kuşner deyib: Bu sənədin ABŞ prezidenti Donald Trampa təhvil verilməzdən öncə son redaktesi gedir.

ABŞ-ın yaxın zamanda bu planı təqdim edəcəyi gözlənilir.