May 07, 2019 13:36 Asia/Baku
  • BMT-nin məruzəçisi: ABŞ-ın İrana qarşı sanksiyaları insan haqlarının aşkar pozulmasıdır
    BMT-nin məruzəçisi: ABŞ-ın İrana qarşı sanksiyaları insan haqlarının aşkar pozulmasıdır

BMT-nin İnsan Haqları Şurasının müstəqil məruzəçisi ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının insan haqlarına və beynəlxalq qanunlara zidd olduğunu dedi.

BMT-nin internet portalının yazdığına görə, İdris Cəzairi bildirib: İrandan neft alan ölkələr üçün güzəştlərin ləğv edilməsi Türkiyə və digər ölkələrin etirazlarına rəğmən nigaranlıq doğurur. 

Caziri həmçinin dedi: Dövlətlər arasındakı siyasi ixtilaflar iqtisadi və insani fəlakətlərin şiddətlənməsinə, adi vətəndaşların həyatının girov götürülməsinə səbəb olmamalıdır. 

Sanksiyaların mənfi təsirlərini araşdırmaqla məşğul olan Cəzairi ABŞ-ın İran, Kuba və Venesuelaya qarşı birtərəfli sanksiyalarına işarə edərək, bildirib: Hökumətlərin və ya onların rəftarlarının iqtisadi təzyiq yolu ilə dəyişdirilməsi insan haqlarının pozulmasına səbəb olduğu üçün beynəlxalq əlaqələrdə qəbul olunmuş metodlardan sayılmır. 

Ağ Ev 2 may 2019-cu il tarixində İrandan neft alan ölkələr üçün nəzərdə tutulmuş güzəştin müddətini yekunlaşdırdı. 

Teqlər