ABŞ-ın maliyyə naziri Trampın vergi bəyannaməsini Konqresə təqdim etmir
May 07, 2019 16:22 Asia/Baku
ABŞ-ın maliyyə naziri prezident Donald Trampın vergi bəyannaməsini Konqresə təqdim etməkdən imtina etdi.
NBC kanalının bildirdiyinə görə, Stiven Mnuçin çərşənbə axşamı prezident Donald Trampın vergi bəyannaməsini Nümayəndələr Palatasına təqdim etməyəcəyini dedi.
Mnuçin Nümayəndələr Platasının demokrat üzvü Riçard Nilə ünvanlanmış məktubda bu palatanın tələbinin qanunvericiliyin hədəflərindən kənar olduğunu iddia edib.
Bu üçüncü dəfədir ki, Trampın vergi bəyannaməsi Nümayəndələr Məclisinə təqdim edilmir.