May 20, 2019 10:45 Asia/Baku
  • Avropa Çin ilə Amerika arasındakı gərginlikdən narahatdır
    Avropa Çin ilə Amerika arasındakı gərginlikdən narahatdır

Çində yerləşən avropalı şirkətlərin dörddə biri Vaşinqton tərəfindən Çin məhsullarına tətbiq olunmuş gömrük rüsumlarının artırılmasındann əziyyət çəkir.

Avropalı şirkətlər Çin ilə Amerika arasındakı ticarət çəkişmələri arasında ilişib qalıblar.

Çindəki Avropa ticarət otağı bu gün bildirib ki, Avropa Birliyinin şirkətləri Amerika-Çin ticarət müharibəsinin alovları arasında ilişib qalıblar ki, bu da Amerikaya ixracata və iqtisadi atmosferə zərbə vurur.

Avropa ticarət otağının öz üzvləri arasında apardığı illik etimadın araşdırılmasının nəticəsinə əsasən, Pekin ilə Vaşinqton arasındakı münqaşilər avropalı şirkətlərin xeyrinə deyil və bu, ötən ildə onların bəzilərinin etdikləri təsəvvür və ümidlərin əksinədir.

Çindəki Avropa ticarət otağının sədr müavini Şarlot Rul bu araşdırmanın nəticələrinin medialara elan olunması mərasimində deyib: Hal-hazırda ticarət çəkişmələri biznes mühitində daha artıq tərəddüdlər üzrə bir amil kimi nəzərdə tutulur. Bizim üzvlərin nöqteyi-nəzərlərincə, ticarət çəkişmələri biznes üçün yaxşı deyildir.

585 şirkətin cavablandırdığı bu araşdırmaya əsasən, ticarət qarşıdurmaları Çindəki avropalı şirkətlərin başlıca nigarançılıqlarındandır. Çindəki iqtisadi durğunluq, beynəlxalq iqtisadiyyatın inkişaf tempinin azalması və Çində iş xərclərinin artması avropalı şirkətlərin nigarançılıqlarının ən əsas amillərindəndir.

Bu araşdırma yanvar ayında və Çin ilə Amerika arasındakı ticarət çəkişmələrinin azaldığı bir şəraitdə aparılıbdır. Bu çəkişmələr may ayında qarşılıqlı gömrük rüsumlarının tətbiq edilməsi ilə son dərəcə şiddətlənibdir.

Cari ilin əvvəlindən bəri Çində yerləşən avropalı şirkətlərin dörddə biri Vaşinqton tərəfindən Çin məhsullarına tətbiq olunmuş gömrük rüsumlarının artırılmasındann əziyyət çəkir.

Teqlər