Co Bayden: Tramp ABŞ-ın iqtisadi irsini məhv edir
May 21, 2019 13:50 Asia/Baku
ABŞ-ın keçmiş vitse-prezidenti: Ölkənin hazırkı iqtisadi nailiyyətləri Obama hökumətinin irsidir və Tramp bu irsi məhv etməklə məşğuldur.
Qardiyan qəzetinin yazdığına görə, ABŞ-ın keçmiş vitse-prezidenti və 2020-ci il prezident seçkiləri üçün demokratların namizədlərindən olan Co Bayden Filadelfiyadakı təbliğat kampaniyasında ABŞ prezidenti Donald Trampı tənqid atəşinə tutaraq, dedi: Tramp hamını bölməyə çalışan bir prezidentdir.
Baydan həmçinin dedi: Tramp Barak Obama hökumətinin iqtisadi irsini və ona irs qalmış bir çox şeyləri məhv etməklə məşğuldur
ABŞ prezidenti Donald Tramp bundan öncə Co Baydenin namizədliyinə reaksiya olaraq, onu "yuxulu" adlandırmışdı.