May 29, 2019 18:56 Asia/Baku
  • Fransız fəallar Səudiyyə gəmisinə silah yüklənilməsinə etiraz etdilər
    Fransız fəallar Səudiyyə gəmisinə silah yüklənilməsinə etiraz etdilər

Səudiyyə Ərəbistanına məxsus bir gəminin Fransanın Marsel limanına yan alması və bu gəmiyə silah yüklənilməsi insan haqları müdafiəçilərinin etirazına səbəb olub.

Fransa xarici işlər nazirinin çərşənbə axamı Yəmən müharibəsini "çirkin müharibə" adlandırdığı, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərindən bu müharibəyə son qoymalarını istədiyi halda, bir Səudiyyə gəmisinin silah yükü qəbul etmək üçün Marsel limanına yan alması insan haqları müdafiəçilərinin etirazlarına səbəb olub. 

Frans 3 telekanalının bildirdiyinə görə, Ərəbistana məxsus "Bəhri Təbuk" adlı ticarət gəmisi çərşənbə axşamı "Houitzer" topları üçün mərmi və hərbi sursat yükünü qəbul etmək üçün Fransanın Marsel limanına yan alıb. 

"İşgəncə əleyhinə xristiyan aktı" (ACAT) adlı qrup çərşənbə axşamı bu məsələ ilə bağlı məhkəməyə şikayət edib.  

Teqlər