Sudanda gərginlik; 1 ölü, 4 yaralı
Sudan rəsmiləri paytaxt Xartumda keçirilən etiraz aksiyası zamanı yaşanan gərginlikdə bir nəfərin ölməsi, 4 nəfərin isə xəsarət almasından xəbər veriblər.
Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Sudan Həkimlərinin Mərkəzi Komitəsi bu şəxslərin çərşənbə günü insanların paytaxt Xartumda ordunun baş qərargahı önündə keçirdiyi aksiya zamanı insanlara tərəf atəşin açılması nəticəsində öldüyü və yaralandıqlarını bildiriblər.
Məlumata görə, hadisə nəticəsində ölən şəxs bir hamilə qadındır.
Sudanda hakimiyyəti ələ keçirmiş hərbçilərin hökuməti sivillərə təhvil verməkdən imtina etmələrinin ardınca çərşənbə axşamından başlayaraq, xalq yenidən etiraz aksiyalarını bərpa edib.
Müxalifətdə olan qüvvələr Sudan xalqını tətil aksiyasına başlamalarını və ölkənin iri şəhərlərində ordu komandanlılqları önündə aksiya keçirməyə dəvət etmişdi
Sudanın hərbi şurası 11 apreldə dövlət çevrilişinin və prezident Ömər Əlbəşirin kənarlaşdırılmasının ardınca hakimiyyəti ələ keçirib.
Ömər Əlbəşir ilə müxalif olan qüvvələr isə bu dövlət çevrilişini qəbul etməyərək, hakimiyyətin sivil hökumətə təhvil verilməsini tələb edirlər.
Sudan xalqı Sudan ordusunun Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyasındakı iştirakına son qoymasını və iqtidarı sivil hökumətə təhvil verməsini istəyir.