İyun 02, 2019 18:10 Asia/Baku
  • Pompeonun İranla müzakirə barədə təzadlı sözləri
    Pompeonun İranla müzakirə barədə təzadlı sözləri

ABŞ-ın dövlət katibi təzadlı bir ifadədə deyib ki, Vaşinqton önşərt olmadan İranla danışıqlara hazırdır.

Bundan öncə İranla dialoq üçün on iki şərt irəli sürmüş ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün İsveçrədə keçirdiyi mətbuat kofransında bu şərtləri geri götürərək, əlavə edib: Amerika hökuməti önşərt olmadan İranla danışıqlara hazırdır və amma İrana qarşı təzyiq də davam edəcək.

Pompeo həmçinin iddia edib ki, İranın normal bir ölkə kimi rəftar etməsi zəruridir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Amerikanın nüvə anlaşmasından çıxmasından sonra da daim öz fəsillik hesabatlarında İran tərəfindən nüvə öhdəliklərinin yerinə yetirildiyini təsdiq edibdir.

Teqlər