BAT Parisin miqrantların himayədarları qarşısındakı rəftarını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i341911-bat_parisin_miqrantların_himayədarları_qarşısındakı_rəftarını_tənqid_edib
Beynəlxalq Amnistiya Təşkilatı Fransa rəsmilərini bu ölkənin şimalında miqrantlara yardım göstərən şəxslərə işgəncə vermək, onları hədələyib, qorxutmaq və hətta onlara hücum etməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2019 15:37 Asia/Baku
  • BAT Parisin miqrantların himayədarları qarşısındakı rəftarını tənqid edib
    BAT Parisin miqrantların himayədarları qarşısındakı rəftarını tənqid edib

Beynəlxalq Amnistiya Təşkilatı Fransa rəsmilərini bu ölkənin şimalında miqrantlara yardım göstərən şəxslərə işgəncə vermək, onları hədələyib, qorxutmaq və hətta onlara hücum etməkdə ittiham edib.

Beynəlxalq Amnistiya Təşkilatı bu gün yeni bir hesabatda Fransa rəsmilərinin şəxsləri miqrantlara yardımdan çəkindirmək üçün qəsdən göstərdikləri cəhdlərə toxunaraq, bildirib ki, təhlükəsizlik qüvvələri aktivistlərin mühacirlər və didərginlərlə həmrəylik ifadə etmək üçün gördükləri tədbirlərin məhdudlaşmasına qəsdən səbəb olmağa çalışırlar.