Moskva ABŞ ilə sövdələşmə şayiəsinə cavab verib
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, İranın Suriyadan çıxması üçün ABŞ və sionist rejimin Moskva ilə sövdələşmək təklifi barədəki şayiələr gülüncdür.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Əlcəzirə telekanalı ilə müsahibədə bildirib ki, bəzi mediaların ABŞ və sionist rejimin İran qüvvələrinin Suriyadan çıxmaları üçün Rusiyanın üzərinə öhdəlik götürməsi qarşılığında Bəşşar Əsədin başçılığı altında olan Suriya hökumətini rəsmən tanımalarına dair təklifi haqdakı şayiələri "qeyri-ciddi"dir.
Dəməşq dəfələrlə bildiribdir ki, İranın Suriyada iştirak etməsi Dəməşqin xahişi ilə olub və İranın iştirakı tamamilə qanunidir.
İran da dəfələrlə bildiribdir ki, yalnız Dəməşqin Tehrandan istəyəcəyi halda Suriyadakı hərbi məşvərətinə son qoyacaqdır.