İyun 10, 2019 13:13 Asia/Baku
  • Sudanda etirazçılara divan tutulması ilə bağlı faktaraşdırıcı komitə yaradılıb
    Sudanda etirazçılara divan tutulması ilə bağlı faktaraşdırıcı komitə yaradılıb

Sudan insan haqları komissarlığı xəfiyyə qüvvələrinin üç iyun hücumunun araşdırılması üçün faktaraşdırıcı komitənin yaradılmasından xəbər verib.

Sudan insan haqları komissarlığı bir bəyanat yayaraq, etirazçıların piketini pozmaq üzrə əməliyyatda xalqın canı və malına vurulan xəsarətləri və insan haqlarının pozulmasını pisləyib və bu hadisələr barədə sürətli təhqiqatın aparılması vacibliyini vurğulayıb.

Bu komissarlıq Sudan vətəndaşlarından istəyibdir ki, insan haqlarının pozulması və ya piketçi və etirazçıların həbs olunmaları hallarını tez bir zamanda xəbər versinlər.

Belə bir halda, Sudanın tibb mənbələrinin bildirdiklərinə görə, dünən etirazçıların rəhbərlərinin təşəbbüsü ilə formalaşan “vətəndaş itaətsizliyi” adlı milli hərəkatın ilk günündə dörd nəfər öldürülübdür.

Həkimlər Komitəsi bir bəyanat yayaraq, Sudan hərbi şurasının bu şəxslərin öldürülməsində məsuliyyət daşıdığını bildirib.

Bu komitənin bildirdiyinə görə, iyunun 3-də Sudanda etirazların kobudcasına yatırılmasından bəri ölənlərin sayı 118 nəfərə çatıbdır.

Sudan, prezident Ömər Əlbəşirə qarşı 11 aprel çevrilişindən və Sudan hərbi şurasının hakimiyyətə gəlməsindən sonra hadisələrin yeni etapına daxil olubdur.

Sudan xalqı etirazları davam etdirməklə mülki hökumətin təşkilini istəyir.

 

 

Teqlər