Yaponiya tərəfindən Fars Körfəzinə və Oman dənizinə hərbi qüvvələrin göndərilməsi rədd olunub
https://azeri.sahartv.ir/news/dünya-i342689-yaponiya_tərəfindən_fars_körfəzinə_və_oman_dənizinə_hərbi_qüvvələrin_göndərilməsi_rədd_olunub
Yaponiyanın müdafiə naziri bu ölkə tərəfindən Qərbi Asiyaya və Oman dənizinə hərbi qüvvələrin göndərilməsini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2019 13:33 Asia/Baku
  • Yaponiya tərəfindən Fars Körfəzinə və Oman dənizinə hərbi qüvvələrin göndərilməsi rədd olunub
    Yaponiya tərəfindən Fars Körfəzinə və Oman dənizinə hərbi qüvvələrin göndərilməsi rədd olunub

Yaponiyanın müdafiə naziri bu ölkə tərəfindən Qərbi Asiyaya və Oman dənizinə hərbi qüvvələrin göndərilməsini rədd edib.

Takeşi İvaya bu gün Amerikanın Qərbi Asiyaya min hərbi qüvvə göndərmək barədəki qərarına reaksiyada vurğulayıb: Yaponiya Oman dənizində iki tankerə hücuma rəğmən, bölgəyə hərbi qüvvə göndərmək üçün bir dəlil görmür.

Yaponiyanın müdafiə naziri ABŞ-ın Fars Körfəzində iki tankerin yanması barədə İrana qarşı ittihamını rədd edərək, deyib: Hələ bu hadisənin dəlili aydınlaşmayıbdır. Eyni zamanda, bu tankerlərdə heç bir Yaponiya vətəndaşı olmayıbdır.

İvaya əlavə edib: Yaponiya İran ilə Amerika arasında yaranmış gərginliklərdən sonra bölgə olaylarını yaxından izləyir.