ABŞ prezident seçkiləri namizədinin təkidi
ABŞ prezident seçkilərinə namizəd Tulsi Qabbard bu ölkənin İranla nüvə anlaşmasına geri dönməsini istəyib.
Tulsi Qabbard dünən axşamçağı Amerika prezidenti Donald Trampa xitabən deyib: Sizin İran barədəki strategiyanız qısamüddətli olaraq, məlumatsızlığa söykənir və çox gec olmamış, İranla nüvə anlaşmasına qayıdın.
ABŞ konqresinin nümayəndələr palatasının bu üzvü Trampdan istəyibdir ki, ölkəyə xidmət üçün öz təkəbbürünü və siyasi hesablamalarını kənara qoysun və düzgün işi, yəni nüvə anlaşmasına qayıtmağı həyata keçirsin.
Demokratların qarşıdakı prezident seçkilərinə namizədlərindən biri olan Qabbard daima militarist siyasətləri rədd edərək, onu Amerika xalqı üçün dağıdıcı hesab edir.
Qabbarddan əlavə, demokratların seçkilərə olan digər namizədləri də Tramp hökumətinin İrana qarşı gərginlik yaradan siyasətlərini ciddi surətdə tənqid edirlər. Onların hamısı vurğulayır ki, Tramp hökuməti tez bir zamanda nüvə anlaşmasına qayıdaraq, öz öhdəliklərinə sadiq qalsın.
ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun öhdəliklərini birtərəfli şəkildə pozaraq, ölkəsinin nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.
Amerikanın nüvə anlaşmasından çıxması daxili və beynəlxalq səviyyələrdə geniş şəkildə pislənilibdir.