İyun 27, 2019 19:47 Asia/Baku
  • Tunis paytaxtında iki güclü partlayış

Tunis paytaxtında iki güclü partlayış bir neçə nəfərin yaralanması ilə nəticələnib.

Tunisin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu gün bir şəxs Fransa səfirliyinin yaxınlığında özünü partladıb ki, nəticədə iki polis məmuru və bir adi vətəndaş yaralanıbdır.

İkinci partlayış Tunis paytaxtının ətrafındakı Əlqərcani məntəqəsində, terrorizmlə mübarizə mərkəzindəki avtomobil parkinqində baş verib. Nəticədə dörd təhlükəsizlik qüvvəsi yaralanıb.

Hələ bu hücumların amilləri, onların kimlikləri və məqsədləri barədə bir xəbər yayılmayıbdır.

Tunis son illərdə çoxlu sayda terror hücumları ilə üzləşib və terror qrupları ilə mübarizə üçün geniş proqram icraya qoyubdur.

Teqlər