7 Avropa ölkəsi nüvə sazişi və İNSTEKS-ə dəstək verib
Nüvə sazişi üzrə müştərək komissiyanın iclası ilə eyni zamanda 7 Avropa ölkəsi bir bəyanat yayaraq Avropa ilə İran arasında xüsusi maliyyə mexanizminin icrası üçün səyləri dəstəklədiklərini bildiriblər.
İRNA-nın verdiyi məlumata görə, Hollandiya, Avstriya, Belçika, Finlandiya, Sloveniya, İspaniya və İsveç bu bəyanatda bildiriblər ki, nüvə sazişinin iqtisadi hissəsinin icrasındakı problemlərdən xəbərdardırlar və Britaniya, Fransa və Almaniya eləcə də AB-nin xarici təşəbbüs agentliyi və Avropa Komissiyası ilə İNSTEKS adlanan İran ilə Avropa arasında xüsusi maliyyə mexanizminin icra edilməsi istiqamətində əməkdaşlıq edirlər.
Bu 7 Avropa ölkəsi nüvə sazişinin qorunub saxlanılmasının vacibliyini vurğulayaraq onun regionda sabitliyin mühafizəsi üçün ən əsas amil olduğunu bildiriblər.