Sudanda qanlı aksiya
Sudan xalqının hərbi şuranın hakimiyyətin mülkilərə ötürülməsindəki səhlənkarlığına etiraz olaraq keçirdiyi geniş aksiya bu ölkənin xəfiyyə qüvvələri tərəfindən amansızcasına yatırılıb. Nəticədə azı yeddi nəfər həyatını itirib.
Bütün Sudanda "milyonluq aksiya" adı altında keçirilən bu aksiya hakim hərbi şura ilə müxalif olan siyasi qrupların çağırışı ilə dünən axşam bu ölkənin müxtəlif şəhərlərində, o sıradan paytaxt Xortum, şimalda yerləşən Ətbərə, şərqdə yerləşən Kəssəla və qərbdə mövcud olan Ələbiz şəhərlərində keçirilib.
Aksiyaçılar hakimiyyətin hərbçilərdən "vətəndaş dövləti"nə ötürülməsini tələb ediblər.
Xəfiyyə qüvvələrinin qəddarlığı azı yeddi nəfərin həyatına son qoymaqdan əlavə, 181 nəfərin də yaralanmasına bais olubdur.
Bu aksiya elə bir halda keçirilibdir ki, Sudan hərbi şurası hakimyyətin mülkilərə ötürlməsilə kəskin tərzdə müxalifət etməkdə davam edir.
Sudan hərbi şurası dünən təkcə bir bəyanatda etirazçılarla müzakirələrə başlamağa hazır olduğunu bildirib. İddia edib ki, hər cür həll yolu Afrika Birliyinin nəzarəti altında olmalıdır.
Sudan hərbi keçid şurası bu ölkə ordusunun on bir aprel çevrilişindən və Ömər Əlbəşirin prezidentlikdən uzaqlaşdırılmasından sonra Sudanda hakimiyyəti əlinə aldı, amma xalq öz etirazlarını davam etdirərək, mülki hökumətin təşkilini istəyir.
Sudana hakim kəsilmiş hərbi şura ilə etirazçılar koalisiyası arasındakı danışıqlar bu ölkənin xəfiyyə qüvvələrinin iyunun üçündə 118 nəfərdən çox insanın ölümü ilə nəticələnən Xortumdakı etiraz aksiyasına qarşı zorakı rəftarından sonra dayandırılıbdır.