Sudanda vətəndaş etirazları davam edir
https://azeri.sahartv.ir/news/dünya-i343579-sudanda_vətəndaş_etirazları_davam_edir
Sudanlı müxaliflər hakimiyyətin mülkilərə təhvil verilməsi üçün hərbçilərə qarşı təzyiqi davam etdirmək məqsədilə vətəndaş itaətsizliyi, həmçinin ümumölkə tətili planlaşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2019 09:25 Asia/Baku
  • Sudanda vətəndaş etirazları davam edir
    Sudanda vətəndaş etirazları davam edir

Sudanlı müxaliflər hakimiyyətin mülkilərə təhvil verilməsi üçün hərbçilərə qarşı təzyiqi davam etdirmək məqsədilə vətəndaş itaətsizliyi, həmçinin ümumölkə tətili planlaşdırıblar.

Frans-24 telekanalı bu gün xəbər verib ki, sudanlı müxaliflər əhalini iyulun 14-də passiv müqavimətə çağırıblar.

Bu məlumata görə, bu qəbildən olan son tədbir bir neçə gün müddətinə paytaxt Xortumu iflic etmişdi.

Üç ay bundan öncədən Sudanda hakimiyyətə yiyələnmiş generallara təzyiqin göstərilməsi üzrə etiraz hərəkatı davam etməkdədir.

Bu tətillərin keçirilməsində məqsəd, hakimiyyətin mülkilərə təhvil verilməsi elan olunubdur.