İyul 05, 2019 17:32 Asia/Baku
  • Putin Quaydonun mövqeyini tənqid edib

Rusiya prezidenti Venesuela müxalifləri başçısının mövqeyini tənqid edərək, onu qanuni addımlara söykənməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putin dünən İtaliyanın baş naziri Cüzeppe Konte ilə birgə mətbuat konfransında Venesuela müxaliflərinin başçısı Xuan Quaydonun mövqeyinə tənə ilə yanaşaraq, ondan istəyibdir ki, qanuni hərəkətlərə və seçkilərə söykənsin. Putin ona xitabən deyib: Gerçəkliyə qayıt.

Putin əlavə edib: Quaydo demokratik üsul və qanunların ardınca getməlidir, yəni: müzakirə və xalqa və seçicilərə müraciət; o, seçkilərə müraciət etməli və məsələləri gələcəkdə seçkilər yolu ilə həll etməlidir.

Rusiya prezidenti həmçinin vurğulayıb ki, o və Konte Venesuelanın vəziyyətinin nigaranedici olması və xarici təzyiqlərin bu böhranın şiddətlənməsinə səbəb olacağı barədə firkir birliyinə malikdirlər.

Xuan Quaydo 2019-cu il yanvarın 23-də Amerikanın və müttəfiqlərinin aşkar himayəsi ilə özünü Venesuelanın prezidenti adlandırdı. Onun bu addımı bu ölkə hökuməti və xalqı tərəfindən xalqın səsi ilə seçilmiş prezident Nikolas Maduroya qarşı çevriliş hesab edildi.

İran, Rusiya və Çin daxil olmaqla bir çox ölkələr Amerikanın bu hərəkətini pisləyərək, Venesuelanın suverenliyi və ərazi bütövlüyünü vurğulayıblar.

Teqlər