Trampın yeznəsi Bəhreyn konfransının uğursuz qaldığını etiraf edib
ABŞ prezidenti Donald Trampın yeznəsi və müşaviri Cared Kuşner etiraf edib ki, fələstinlilər Fələstin xalqına qarşı yönəlmiş Bəhreyn iqtisadi konfrasını məğlubiyyətə çəkdilər.
IRNA-nın sionist "Haarets" qəzetinə istinadlı məlumatına görə, Cared Kuşner dünən gecə deyib ki, fələstinli məsul şəxslər və qruplar Bəhreynin Manama şəhərində keçirilən anti-Fələstin konfransının iştirakçıları və iş adamlarını təzyiq altında qoyaraq, bu iclasın uğursuz qalmasına səbəb oldular.
"Əsrin sövdələşməsi" adlı amerikan planın icrasının ilkin mərhələsi olan və "Manama emalatxanası" adı altında təşkil olunan Bəhreyn iqtisadi konfransı iyunun 24-ü və 25-də geniş beynəlxalq və regional etirazlar arasında Manamada keçirildi.
Bir çox islami və qeyri-islami ölkə, həmçinin bütün fələstinli qruplar bu iclası boykot etmişdilər.
"Əsrin sövdələşməsi" Amerika hökuməti tərəfindən irəli sürülmüş yeni layihədir və məqsədi də Fələstin xalqının hüquqlarını aradan qaldırmaqdır.
Bu layihə ərəbistan, əmirliklər və bəhreyn daxil olmaqla bəzi ərəb ölkələrinin həmkarlığı ilə hazırlanıbdır.
Amerikan "əsrin sövdələşməsi" layihəsinə əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək; digər ölkələrdəki fələstinli didərginlər qayıdış haqqına malik olmayacaqlar və Fələstin təkcə İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərin mülkiyyətinə malik olacaqdır.