Tramp Britaniyanın ABŞ-dakı səfirinə reaksiya verdi
Britaniyanın ABŞ-dakı səfirinin ABŞ dövlət departamentinə verdiyi gizli hesabatının sızması ABŞ prezidentinin reaksiyasına səbəb olub. Bu hesabatda Britaniya səfiri ABŞ prezidenti Donald Trampın səriştəsiz olduğunu bildirmişdir.
CNN-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Britaniyanın Amerikadakı səfiri Kim Darrakın gizli hesabatı barədə deyib: Hələ bu hesabatı görməmişəm amma bəzi ölkələr o sıradan da Britaniya barədə bəzi məlumatlarım var və bu səfir London üçün yaxşı xidmət etməyib.
Kim Darrak ABŞ Dövlət Departamentinə gizli hesabatında Trampın ləyaqətsiz və səriştəsiz adam olduğunu bildirib və xatırladıb ki, onun prezidentliyi rusvayçılıqla nəticələnə bilər.
Britaniyanın Amerikadakı səfiri Ağ ev daxilindəki münaqişəni isə "bıçaqlaşma" adlandırıb.
Darrakın hesabatı 2017-ci ildən bu günədək olan dövrü əhatə edir və Trampın xarici siyasəti və onun 2020-ci il prezident seçkilərində iştirak planını əhatə edir.
Britaniyanın Vaşinqtondakı səfirinin hesabatının bir hissəsində Trampın İrana qarşı hərbi təşəbbüsdən vaz keçməsinə dair iddiası sual altına alınıb.