İyul 10, 2019 08:50 Asia/Baku
  • Trampın anti-İran mövqeyi davam edir
    Trampın anti-İran mövqeyi davam edir

Amerika prezidenti ölkəsinin birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasına işarə etmədən İran tərəfindən uran zənginləşdirilməsi səviyyəsinin artırılmasına reaksiyada öz öncəki ifadələrini təkrarlayaraq, deyib: Onlar yaxşı olar ki, çox ehtiyatlı olsunlar.

Tramp dünən gecə Ağ Ev-də Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə birgə mətbuat konfransında İran tərəfindən uran zənginləşdirilməsi səviyyəsinin artırılmasına reaksiyada öz öncəki ifadələrini təkrarlamaqla kifayətlənib və belə iddia edib: İran barədə nəyin baş verəcəyini görəcəyik.

İran İslam Respublikası mayın səkkizində Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasının ildönümündə və bu hərəkətin iqtisadi nəticələrinin əvəzini çıxmaq üçün Avropa tərəfindən təklif olunan həll yollarının faydasızlığı sübuta yetəndən sonra bildirdi ki, bu anlaşmadakı öhdəliklərinin bir hissəsini anlaşmanıın 26 və 36-cı maddələrinə əsasən dayandırır.

İran İslam Respublikası bazar günü özlərinin nüvə anlaşmasındakı öhdəliklərini icra etmələri üçün avropalılara verdiyi altmışgünlük möhlətin başa çatmasından sonra 3,67 faizlik uran zənginləşdirilməsi səviyyəsini keçmə prosesinə başlayıbdır.

Teqlər