ABŞ ilə Qətər arasında hərbi və ticarət müqavilələri imzalanıb
İyul 10, 2019 08:55 Asia/Baku
Qətər əmirinin Vaşinqtona səfərində amerikalı və qətərli şirkətlər arasında hava nəqliyyatı, hərbi və ticarət üzrə bir neçə müqavilə imzalanıb.
Qətərin əmiri Təmim bin Həməd Ali-Sani Amerika prezidenti Donald Trampla görüş məqsədilə bazar ertəsi günü bir ticari-hərbi heyətlə yanaşı, Vaşinqtona yola düşüb və bu müqavilələr Qətər əmiri ilə ABŞ prezidentinin iştirakı ilə Ağ Ev-də imzalanıbdır.
Qətər müdafiə nazirliyi tərəfindən bir amerikan şirkətdən hava hücumundan müdafiə sisteminin, həmçinin iri sərnişin təyyarələri istehsal edən şirkətlərdən bir neçə sərnişin təyyarəsinin satın alınması Qətər əmirinin ABŞ-a səfərində iki ölkə şirkətləri arasında bağlanmış müqavilələrdəndir.