Trampın yeznəsi ABŞ konqresinə çağırılıb
https://azeri.sahartv.ir/news/dünya-i344202-trampın_yeznəsi_abŞ_konqresinə_çağırılıb
ABŞ konqresinin nümayəndələr palatası bir qrup hökumət rəsmisini, o cümlədən Trampın yeznəsi və müşavirini onun fəaliyyəti barədə təhqiqat üçün çağırtdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2019 17:03 Asia/Baku
  • Trampın yeznəsi ABŞ konqresinə çağırılıb

ABŞ konqresinin nümayəndələr palatası bir qrup hökumət rəsmisini, o cümlədən Trampın yeznəsi və müşavirini onun fəaliyyəti barədə təhqiqat üçün çağırtdırıb.

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsi dünən bu ölkə hökumətinin ondan çox keçmiş və hazırkı rəsmisinin, o cümlədən Trampın yeznəsi və müşaviri Cared Kuşnerin şəhadət vermək üçün Trampın fəaliyyəti barədə təhqiqat dairəsinə çağırtdırılması ilə razılaşıbdır.

ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsi gələn həftə 2016-cı il ABŞ prezident seçkiləri üzrə müfəttiş Robert Mülleri bu məsələ ilə bağlı çağırtdırmalıdır.