İyul 25, 2019 16:40 Asia/Baku
  • İtaliyanın ümumi nəqliyyat sektorunda ümumölkə tətili
    İtaliyanın ümumi nəqliyyat sektorunda ümumölkə tətili

İtaliyanın ümumi nəqliyyat sektorunun işçiləri əmək haqqılarının aşağı olmasına və peşə təhlükəsizliyinin olmamasına etiraz olaraq, tətil keçiriblər.

İtaliyanın ümumi nəqliyyat sektorunun işçiləri özləri üçün peşə təhlükəsizliyinin yaradılması və iş şəraitinin yaxşılaşdırılmasından ötrü 24 saat müddətinə tətil keçiriblər.

Bu ümumölkə tətili avtobus, metro, tramvay və qatar sektorlarına şamil olur.

İtaliyanın ümumi nəqliyyat sektoru işçilərinin tətili bu ölkənin iri şəhərlərindəki avtobus dayanacaqları qarşısında uzun növbələrin yaranmasına və əhalinin sərgərdan olmasına səbəb olubdur.

Taksi sürücüləri də məişət problemlərinə etiraz olaraq, bu tətildə iştirak edirlər.

İtaliyada iri həmkarlar ittifaqları bildiriblər ki, cümə günü də hava nəqliyyatı sektorunun işçiləri tətil keçirərək və bir neçə saat müddətinə öz iş yerlərinə getməyəcəklər.

İtaliyanın sağçı hökumətinin addım və siyasətləri son aylar əhalinin geniş etirazları ilə üzləşibdir.

 

 

Teqlər