İyul 29, 2019 20:42 Asia/Baku
  • Zəkzakinin tərəfdarları Nigeriyanın Londondakı səfirliyi önündə aksiya keçiriblər
    Zəkzakinin tərəfdarları Nigeriyanın Londondakı səfirliyi önündə aksiya keçiriblər

Nigeriya İslami hərəkatı rəhbərinin tərəfdarları bu ölklənin Londondakı səfirliyi önünə toplaşıblar.

Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin tərəfdarları bu ölkənin Londondakı səfirliyi önünə toplaşıblar. Onlar Şeyx Zəkzakiyə dəstək istiqamətində şüarlar veriblər.

Onlar bir daha Şeyx Zəkzakinin azad edilməsini tələb ediblər.

Nigeriya İslami Hərəkatının rəhbəri, azadlığı barədə hökmün verilməsinə rəğmən, 2015-ci ildən bəri qanunsuz şəkildə həbsdədir və onun səhhəti ağırlaşmaqdadır.

Belə bir halda, Nigeriya hökumətinin bu ölkənin islami hərəkatına qarşı məhdudiyyətləri artıbdır.

Nigeriya prezidenti Muhəmmədu Buharinin ofisi bazar günü bu ölkənin islami hərəkatının fəaliyyətini qadağan edib və onu terror təşkilatlarından adlandırıb.

Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki hökumətin bu hərəkətinə cavab olaraq bildirib ki, bu hərəkatın fəaliyyətini qadağan etmək üzrə fitnəkarlıqlar 2015-ci ildən cərəyanda olub və bu hökmün çıxarılması gözlənilirdi.

 

 

Teqlər