Avq 23, 2019 17:19 Asia/Baku
  • ABŞ rəsmiləri sionist rejimin İraqa qarşı hücumlarını etiraf ediblər

Sionist rejimin xəbər sükutuna rəğmən, ABŞ rəsmiləri etiraf ediblər ki, bu rejimin qırıcıları son günlər bir neçə dəfə İraqa hücum ediblər.

İki yüksək vəzifəli Amerika rəsmisi dünən Nyu-York Tayms qəzetinə deyibdir ki, sionist rejim son günlər bir neçə dəfə İraqdakı silah və sursat anbarlarına qarşı hava hücumu həyata keçiribdir.

Bu qəzet həmçinin Qərbi Asiyada bir baş kəşfiyyat rəsmisinə istinadla xəbər verib ki, sionist rejim iyulun 19-da İraqın şimalındakı hərbi bir bazaya hücum etdi.

Nyu-York Tayms sionist rejimin İraq bazalarına qarşı hücumlarının son qırx ildə ilk dəfə həyata keçirildiyini bildirərək, yazıb: Bu hücumlar İraqı səbatsız edərək, Amerika-İran münaqişələrinə daha çox qata bilər.

Nyu-York Tayms xəbər verib ki, sionist rejim ordusu bu hücumlar barədə susub və bu qəzetin onun barəsində olan sualına cavab verməyibdir.

İraq mediaları çərşənbə axşamı günü gecə Əlhəşduşşəbi-nin bu ölkənin şimalındakı Səlahəddin vilayətində yerləşən “Bələd” hava bazasındakı sursat anbarında partlayış və yanğından xəbər verdilər.

İraqın xalq səfərbər qüvvələr təşkilatının informasiya müdiri Məhənd Əluqabi xəbərdarlıq edibdir ki, İraqda Əlhəşduşşəbinin mərkəzlərinə hücum planı amerikalılar tərəfindən hazırlanaraq, sionist rejim vasitələri ilə həyata keçirilib və təhlükəli gələcəyə malikdir.

Teqlər